Jorj Gelzek: Azərbaycan 10 ildən az müddətdə batut gimnastikasının inkişafına nail ola bildi


Digərləri 15 Apr 2018 13:50:00 233 0

Jorj Gelzek: Azərbaycan 10 ildən az müddətdə batut gimnastikasının inkişafına nail ola bildi

Azərbaycan 10 ildən az müddətdə batut gimnastikasının əhəmiyyətli dərəcədə inkişafına nail ola bildi.

Bakı. Ənvər Məmmədov - Azərbaycan 10 ildən az müddətdə batut gimnastikasının əhəmiyyətli dərəcədə inkişafına nail ola bildi. Bunu Trend-ə Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatını izləyən Avropa Gimnastika İttifaqının (UEG) fəxri prezidenti Jorj Gelzek deyib. O qeyd edib: "Mən bir neçə dəfə Bakıda olmuşam. Burada bütün tədbirlər çox gözəl təşkil olunub. Heç bir problem yoxdur, təşkilatçılıq hər zaman yüksək səviyyədədir. Mən Fəridəni çoxdandır tanıyıram, o, ağıllı, zəhmətsevər insandır, onun əla komandası var". J.Gelzek vurğulayıb ki, istənilən idman növünün inkişafı üçün bir çox parametrləri nəzərə almaq lazımdır: