Buffonu meydandan qovan hakim təhdid olunur


İdman 15 Apr 2018 12:35:00 290 0

Buffonu meydandan qovan hakim təhdid olunur

Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid" - "Juventus" matçını  idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilir. Goal.az xəbər verir ki, əvvəlcə onun həyat yoldaşı "Twitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Twitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar. Sonra isə cütlüyü telefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Maykl Oliver "Juventus"un qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb. Buffon isə öz növbəsində ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib.