Koutinyo: "Həmişə deyirəm ki, "Barcelona" biraz fərqli oynamalıdır"


İdman 15 Apr 2018 12:52:00 258 0

Koutinyo: "Həmişə deyirəm ki, "Barcelona" biraz fərqli oynamalıdır"

"Barcelona"nın yarımmüdafiəçisi Filippe Koutinyo komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasına toxunub. Goal.az xəbər verir ki, braziliyalı havbek bunları deyib:

"Çempionlar Liqasında oynaya bilməsəm də, komandamın qalib gəlməsini istəyirdim. "Barcelona"nın bir hissəsiyəm, bunu heç nə əvəz edə bilməz. Çempionlar Liqasının 1/4 finalındakı məğlubiyyətə görə həftə ağır alındı. Meydanda özümü yaxşı hiss etməyə çalışıram. Həmişə deyirəm ki, "Barcelona" biraz fərqli oynamalıdır. Öz oyun tərzimi buna uyğunlaşdırmalıyam".

Koutinyo turnirin qrup mərhələsində "Liverpool" forması ilə meydana çıxdığına görə, qaydalara əsasən, katalon klubuna kömək edə bilməmişdi.