MSK prezident seçkilərinə yekun vurub, yekun protokolun Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib


Digərləri 15 Apr 2018 12:37:00 244 0

MSK prezident seçkilərinə yekun vurub, yekun protokolun Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib

Mərkəzi Seçki Komissiyası (MSK) bugünkü iclasında aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub

Bakı. Elçin Mehdiyev – Mərkəzi Seçki Komissiyası (MSK) bugünkü iclasında aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Trend-in məlumatına görə, Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Resüpublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,02%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0,74%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,12% səs toplayıb. Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin