Dmitri Nazarov oynadı, komandası uduzdu


İdman 15 Apr 2018 10:31:00 266 0

Dmitri Nazarov oynadı, komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge Aue" II Bundesliqada növbəti oyununa çıxıb. Goal.az xəbər verir ki, həmyerlimiz   “Arminia” ilə səfər matçında meydana çıxıb. Start heyətində yer alan Nazarov 78-ci dəqiqədə əvəzlənib. Onun komandası bu qarşılaşmada 0:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra Aue təmsilçisi 30 oyunda 39 xal toplamaqla, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.