Əfqanıstanda taliblərin hücumu nəticəsində 4 polis ölüb


Dünya 15 Apr 2018 10:09:22 244 0

Əfqanıstanda taliblərin hücumu nəticəsində 4 polis ölüb

Hadisə Qəzni əyalətinin Caqatu rayonunda baş verib

Əfqanıstanın şərqində yerləşən sərhəd-keçid məntəqəsində "Taliban" terrorçularının hücumu zamanı 4 polis ölüb, daha 5-i yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli məmura istinadən 1TV telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum Qəzni əyalətinin Caqatu rayonunda baş verib.