Araz Abdullayevin komandası 1 xal qazandı


İdman 15 Apr 2018 10:09:00 270 0

Araz Abdullayevin komandası 1 xal qazandı

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatında növbəti oyununu keçirib. Həmyerlimizin şərəfini qoruduğu “Anorthosis” 32-ci tur çərçivəsində AEK-i qəbul edib. Arazın komandası doğma meydanda 1:1 hesablı bərabərliyə razılaşıb. Həmyerlimiz matça start heyətində başlayıb. 32 matçda 65 xal toplayan “Anorthosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.