Günün qoroskopu: səhhətinizə fikir verin, vaxtında fasilə edin


Digərləri 15 Apr 2018 00:01:00 343 0

Günün qoroskopu: səhhətinizə fikir verin, vaxtında fasilə edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - bilik və bacarıqların artırılması, yeni təcrübənin əxz olunması üçün yaxşı zamandır. Problemlərin həllində kreativ olun. Müzakirələr və danışıqlar aparın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün praqmat davranın.

Günün ikinci yarısında davranışınıza fikir verin. Hisslərə nəzarət etmək çətin olsa da, bunu bacarın.

Sevdiyiniz insanla və yaxınlarınızla münasibətlərinizdə hissləriniz tarıma çəkilə bilər. Ekstravaqant addım və ya qərar sizi sinirləndirməsin. Yeni tanışlıqlar istisna deyil. Amma onlar ani olacaqlar.

Buğa - günün ilk yarısında yaranan seçim imkanlarından bəhrələnin. Spontan şərtlər sizi qərarlarınızda qəti olmağa vadar edəcək. Yaşamınızda indi qəflətən baş verən hadisələr çoxdur. Sakit olun, təmkinli davranın. Qüvvələrinizə qənaət edin. Resurslara ehtiyacınız olacaq.

Günün ikinci yarısında alış-verişi, maliyyə əməliyyatlarını ertələyin. Borc almayın, borc verməyin. Yaxınlarınızdan biri ilə maddi məsələlərə görə anlaşılmazlıq yarana bilər. Mövqelərinizdən geri çəkilməyin.

Axşam saatları müzakirələr və təhlillər üçün əlverişli deyil.

Müəyyən məsələ ilə bağlı qeyri-effektiv metodlardan əl çəkmək zamanıdır.

Əkizlər - günün ilk yarısı əlverişli zamandır. Danışıqlar aparmaq, sövdələşməyə başlamaq, yeni tanışlıqlara nail olmaq, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivləşmək olar. Yeni ideya və layihələri bir qədər ertələyin.

Situasiya sizdən daha çox cari işlərlə məşğul olmağı tələb edir. Vədlərə sadiq qalın, öhdəlikləri yerinə yetirin.

Risk arzuolunmazdır. Yalnız məşğul olduğunuz işin irəliləyişi, mövqelərinizin xilası üçün preventiv addımlar ata bilərsiniz.

Günün ikinci yarısında dəqiq olun. Başladığınız işi yarımçıq qoymayın. Yeni məlumat əldə edərkən sayıq davranın. Fəaliyyətinizdəki boşluqları aradan qaldırın, çətinliklərin əsirinə çevrilməyin.

Axşam saatlarında ideyalardan birinin gerçəkləşdirilməsi üçün zəmin hazırlayın. Bəzi problemlər avtomatik həllini tapacaq.

Xərçəng - günün ilk yarısı nevroz vəziyyətdir. Situasiya sürətlə dəyişəcək. Stabillik hissi yoxdur. Qərarları sürətlə, tez, psixoloji komfortu nəzərə almadan verin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik yarana bilər. Münaqişəyə səbəb olmayın.

Günün ikinci yarısında narazılıq artacaq. Münasibətlərin ənənəvi, köhnə modelləri sizi artıq təmin etmir, yeni konstruksiya isə gözə dəymir. Səbr və təmkin indi ehtiyac duyduğunuz xüsusiyyətlərdir. Emosiyalarınıza nəzarət edin. Ailə üzvlərinə qarşı kəskin iradlarla çıxış etməyin.

Şir - təcili həllini tələb edən işlərlə məşğul olun. Sərmayə və maliyyə məsələlərində ehtiyatlı olun. Diqqətli davranın. Enerji səviyyəniz aşağıdır. Qəfil hadisələr sizdən sürətli reaksiya və məntiqli həll tələb edir. Hadisələrin həddən artıq sürətli axarından kənarda qalmayın.

Günün ikinci yarısında imzalayacağınız sənədləri diqqətlə oxuyun.

Sizə yeni tapşırıqlar veriləcək. Vədlərə aldanmayın, ağır işlərə razılaşmayın.

Bilik və bacarıqların artırılması, intellektual fəaliyyət üçün əlverişli zamandır.

Axşam saatlarında normal istirahət edin.

Qız - günün ilk yarısı yaxşı zamandır. Gərəkli informasiya axtarışları maraqlı tapıntılarla sonuclana bilər. Yeni situasiyadan istifadə edərək irəliləməyə çalışın. Həmfikir və şəriklərlə birgə fəaliyyətə üstünlük verin.