"Agıllı" qolbaq qadınları təcavüzdən xilas edəcək


Digərləri 14 Apr 2018 23:51:00 314 0

"Agıllı" qolbaq qadınları təcavüzdən xilas edəcək

Amerikalı alimlər qadınları zorlama və ya qarət hallarından xilas edə biləcək qolbaq hazırlayıblar.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Birmingemdəki Alabama universitetinin saytında məlumat yerləşdirilib.

Adətən belə hallarda təcili yardıma və ya polisə zəng vurmaq lazım olur. Bəzən isə buna imkan olmur. Bu problemi həll etmək üçün ərsəyə gətirilən qolbaq hücum zamanı avtomatik olaraq, blutuz vasitəsi ilə smartfona qoşulur və lazımi xidmət orqanlarına xəbər ötürür. Cihaz həmçinin, hücuma məruz qalanın harada olduğunu, hərəkətlərini, ayaq üstə və ya yıxılı vəziyyətdə olduğunu müəyyənləşdirir.

Bundan başqa, qolbaqdan ətrafdakı insanların diqqətini cəlb etmək üçün yüksək siqnal səsi də çıxır.


Xəbərə aid video