Yazın müjdəçisi olan novruzçiçəyinin müalicəvi xüsusiyyətləri


Digərləri 14 Apr 2018 23:25:00 314 0

Yazın müjdəçisi olan novruzçiçəyinin müalicəvi xüsusiyyətləri

Təbiətdə qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzçiçəyinin al-əlvan çiçəkləri baharın müjdəçisi hesab edilir. El arasında onu novruzgülü də adlandırırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qədim dövrlərdən etibarən ondan müalicə məqsədilə də istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyinə "Olimpin dərman çiçəyi" adı verilib, İngiltərədə isə onu sehrli çiçək hesab ediblər. Qədim həkimlər novruzgülü ilə iflici müalicə etdiklərinə görə onu "İflic otu" da adlandırırdılar.

Xalq təbabətində novruz çiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik zamanı istifadə olunur. Onu adətən aptek çobanyastığı, dərman gülümbaharı, dərman cəbrayılotu və adi cirə ilə birlikdə təyin edirlər. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsir göstərir. Həmçinin C və A vitaminləri ilə zəngin olduğuna görə həmin vitaminlərin çatışmazlığı zamanı istifadə olunur.