Belə etsəniz, uşağınız çox sevinəcək... –


Digərləri 14 Apr 2018 23:05:00 273 0

Belə etsəniz, uşağınız çox sevinəcək... –

Deyirlər, uşaqlar ağ səhifə kimidir. Ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir.

Uşaqlara tərbiyə vermək, onları düzgün qaydada böyütmək isə elə də asan iş deyil. Həmçinin valideynlər onlarla necə davranmaq lazım olduğunu, onların nələri sevəcəyini və onları necə sevindirmək mümkün olduğunu da bilsələr, çox yaxşı olar.

Son.az lent.az-a istinadən psixoloq Vəfa Əkbərin uşaqları necə sevindirməklə bağlı tövsiyələrini diqqətinizə çatdırır.

- Uşaqları sevindirməyin o qədər də çətin olmadığını bilirsiniz. Düzgün üsul seçməniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almanız bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyədə, eyni ailə mühitində böyüsə də, hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyə zamanı, onlarla davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərkən və s. sizin lazımınız olacaq. - Birlikdə ev işləri görün. Bu işləri əyləncəli vəziyyətə gətirə bilərsiniz. İşlərinizi planlayaraq, onunla birgə ev işləri görməniz marağına və sizə yardım edə bildiyi, ona güvəndiyiniz üçün xoş hiss yaşamasına səbəb olar. Avtomobilinizi təmir edərkən, evdə təmir işləri apararkən balaca oğlunuzun köməyindən yararlanın. Bu zaman siz həmçinin şəxsi davranışınızla ona nümunə olduğunuzu unutmayın.

- Ona kitab hədiyyə edin. Kitab hədiyyə etmək üçün xüsusi bir günün olmasını gözləməyin. Yaşına uyğun və maraqlı hekayələrdən ibarət kitablar övladınızın sevincinə səbəb olar.

- Birlikdə film izləyin. Film maraqlı olduğu qədər övladınızın yaşına uyğunluğuna da diqqət edin. Film izləmə zamanını övladınız üçün əyləncəli edin.