Liposaksiya əməliyyatı nədir?


Digərləri 14 Apr 2018 22:40:00 326 0

Liposaksiya əməliyyatı nədir?

Liposaksiya  dərialtı təbəqədəki yağların cərrahi yolla aspirasiyasıdır. Bu, Amerika Birləşmiş Ştatlarında ən çox istifadə olunan estetik cərrahi müdaxilədir. Texnika olaraq çətin bir prosedur olmasa da, estetik olaraq müsbət nəticə əldə etmək üçün yaxşı bir planlama və diqqətli xəstə seçimi mütləqdir. Səhv planlama düzəlməyəcək deformasiyaların yaranmasına səbəb ola bilər.

Liposaksiya haqqında ümumi məlumat

Yağın sovrulması ilk dəfə Avropada künt kanyula və mənfi təzyiq istifadə olunaraq həyata keçirilmiş və populyarlaşmışdı. İlk dəfə üç Fransız cərrah: Yves Gerard İllouz, Pierre Fournier və Francis Ottenti 1982 ci il Honolulu-Havaidə keçirilən Amerika Plastik və Rekonstruktiv Cərrahlar dərnəyinin illik iclasında liposaksiya təcrübələrini paylaşdılar.

Son.az hekimtap.az-a istinadən bildirir ki, əvvəlvə bu müdaxilə çox narazılıqla qarşılanıb və ona görə elə həmin ildə dərnəyin təşkil etdiyi "Blue ribbon Committe" Parisə Dr.İllouzu ziyarətə gedib, lakin geriyə xoş məruzələrlə qayıtmışlar. Bundan sonra Amerikada bu cərrahi müdaxilə ildən ilə populyarlaşmışdır və insanların rəğbətini qazanmışdır.

Liposaksiya əməliyyatı üçün xəstə seçimi

Bədən şəkilləndirilməsində yaxşı nəticə əldə etmək üçün xəstəni düzgün seçmək çox vacibdir. Belə ki, liposaksiya istəyən pasientlərin hamısı heç də ideal namizəd deyillər. Liposaksiya əməliyyatı üçün ideal olmayan xəstələr :

- Mükəmməlliyyətçi olanlar  - Qidalanma problemi olan ağır depressiv xəstələr  - Çəki verə bilməyən kök xəstələr  - 18 yaşdan kiçik olanlar  - Birləşdirici toxuma xəstəliyi olanlar  - Laxtalanma problemi olanlar  - Şəkərli diabet xəstələri  - Hipertoniya xəstəliyi olanlar  - Hamilələr  - Tez tez çəkisi dəyişən insanlar  - Dəri elastikliyi azalmış və çoxlu dəri striyaları olanlar

Liposaksiya əməliyyatı üçün ideal olan xəstə qrupuna isə aşağıdakılar daxildir.

- Gənc və orta yaşlı olanlar  - Dəri tonusu yaxşı olanlar  - Əzələ tonusu yaxşı olanlar  - İdeal çəkisindən ən az 30% artıq olanlar.  - Dieta və idmanla məşğul olan sabit bədən çəkili xəstələr  - Ümumi vəziyyəti sağlam olan insanlar

Liposaksiya arıqlamaq üçün istifadə olunan əməliyyat deyil. Liposaksiya konturların düzəldilməsi, yəni bədən şəkilləndirilməsi əməliyyatıdır. Liposaksiyadan sonra da dieta və idmanla məşğul olmaq şərtdir.

Liposaksiya - əməliyyatdan əvvəl

Həkim ilə xəstə hansı nahiyyələrə liposaksiya olunacağı və əməliyyatın nəticəsi barəsində həmfikir olmalıdırlar. Mütəxəssis bədənində olan sellülit, asimmetriya, deformasiyalar və damar problemləri barədə məlumatlandırılmalıdır. Əməliyyat barəsində razılıq aktı imzalanmalıdır. Liposaksiya olunacaq nahiyyələr markerlə işarətlənməli və xəstənin əməliyyatdan öncə şəkilləri çəkilməlidir.

Liposaksiyanın təsnifatı

Liposaksiya əməliyyatının 4 üsulu var:  - Vakuumlu liposaksiya- Suction asistet liposuction ( SAL  - Ultrasəs dalğalı liposaksiya- Ultrasound asisted liposuction (UAL)  - Laser liposaksiya - Laser asisted liposuction (LAL)  - Güc dəstəkli liposaksiya- Power asisted liposuction (PAL)  - Su yardımlı liposaksiya

Vakumlu liposaksiya

İlk kəşf olunan liposaksiya üsuludur. 1982-ci ildən Amerikada populyarlaşmağa başlamışdır. Bu əməliyyat növündə ucu künt olan, müxtəlif diametrli və müxtəlif uzunluqlu kanyulalar cərrahi elektrosorucuya bağlanaraq dərialtı toxumadakı yağları sovurub çıxarır. Uzun bir tarixə sahib olan bu texnika "Qızıl Standart" adını alıb. Günümüzdə hələdə bir çox klinikalarda bu texnikadan istifadə olunur.

Kiçik aspirasiyalarda və yumşaq piylərdə mükəmməl texnikadır, amma fibrozlu nahiyyələrdə daha az təsirlidir və cərrah tərəfindən çox yurucu bir üsuldur. Başqa çatışmayan cəhəti isə piylər vakumun köməyi ilə qoparılaraq çıxarıldığı üçün damar və sinir dəstəsini çox zədələməsi, dəridə nahamarlığın qalmasıdır. Bu üsulda ən çox qarşılaşdığımız məmnuniyyətsizlik yağların yetərsız sovrulması və dəri səthinin kələ-kötür qalmasıdır.

Ultrasəs dalğalı liposaksiya

1990-cı ildə vakuumlu liposaksiyanın əksikliklərini tamamlamaq üçün Amerikada istifadə etməyə başladılar. Bu üsulda ultrasəs dalğası  UAL-nın "hand piece" deyilən qismində meydana gəlir, daha sonra dalğa probun ucuna ötürülür və dərialtı toxumadakı yağların ətrafındakı mayedə kavitasiya yaradır. Bu hərəkət yağ hüceyrələrini kiçik ölçülərə parçalayır və maye halına keçmış yağlar az dərəcəli vakumlu liposaksiyanın köməyi ilə bədəndən uzaqlaşdırılır.

Ultrasəs dalğasının liposelektiv özəlliyi bu üsula üstünlük verir. Beleki dalğa yalnız piy hüceyrələrinə təsir edir, damar, sinir və bağ toxumasını zədələmir. Nəticədə damar zədələnmədiyi üçün  xəstə əməliyyat müddətində daha az qan itirir, əməliyyat nahiyyələrinin göyərməsi demək olarki olmur, eyni zamanda sinir zədələnməsi olmadığı üçün dəridə aylarla davam edən hissiyyatsızlıq olmur.

Bağ toxuması zədələnmədiyi üçün dəri özünü daha tez toparlayır. Nəticədə vakumlu liposaksiyaya görə reabilitasiya daha tez olur. Digər üstün cəhəti isə piyləri dalğa parçaladığı üçün cərrah daha az yorulur, ona görə böyük həcimləri rahatlıqla götürə bilir. Dalğa piylər arasında bərabər paylandığı üçün aspirasiya zamanı dəri səthində kələ kötürlüyün qalma ehtimalı düşük olur.

Ultrasəs dalğalı liposaksiya xüsusilə fibrozlu nahiyələrdə, kürək, bel nahiyyəsində, kişi süd vəzisi kimi çətin nahiyyələrdə mükəmməl üsuldur. Çatışmayan cəhəti isə dəri və əzələdə termal yanıqlar yaratması, uzun müddət istifadə olunduqda seromanın əmələ gəlmə ehtimalının çoxalmasıdır.