Sabirabadda televizor yandı, qadın xəsarət aldı


Digərləri 14 Apr 2018 22:36:00 251 0

Sabirabadda televizor yandı, qadın xəsarət aldı

Sabirabadda baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Sabirabad şəhəri, Muğan prospekti ev 34-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1955-ci il təvəllüdlü Rzayeva Firuzə Hacıbala qızı evdəki televizorun yanması zamanı aşağı ətrafından yanıq xəsarətləri alıb. Yaralı Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.