Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib FOTO


Digərləri 14 Apr 2018 22:12:00 356 0

Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib  FOTO

İDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət aprelin 14-də sakinlərin istifadəsinə verilib. Yenilənmış növbəti həyət Qaradağ rayonunun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində, 4 mindən çox sakinin yaşadığı məhəllədə yerləşir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

"Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Həyətdə, həmçinin heyvanların gəzdirilməsi üçün xüsusi meydança salınıb.


Xəbərə aid fotolar