Nektarinin faydası və ziyanı


Digərləri 14 Apr 2018 21:55:00 305 0

Nektarinin faydası və ziyanı

Nektarin çox fərqli bir meyvədir. Onun haqqında ilk dəfə 1616-cı ildə ingilislərin yazdığı kitabda yazılıb. Bir-neçə yüz il sonra isə bu meyvə barədə maraqlanan mütəxəssislər onun şaftalı ağacından öz-özünə əmələ gəlməsi barədə yazılar dərc ediblər. Zaman keçdikcə isə bu ağacın meyvələri böyüyərək daha da iriləşib şaftalı boyda olub. Bir sözlə nektarini alimlər öz-özünə mutasiyaya uğrayan meyvə kimi təqdim edirlər.Nektarin xaricdən şaftalıya bənzəyir, amma onun üstü tüksüz və daha sığallı olur. Nektarin istədiyi zaman şaftalı ağacında yetişə bilir. Onu bəzən təbiətin səhvi də adlandırırlar. Meyvəsinin özbaşına əmələ gəlməsi və dadlı olması nektarini məşhur edən səbəblərdəndir. Bütün bağsevənlər bu meyvəni çox xoşlayır. Son.az immunitet.az-a istinadən bildirir ki, nektarinin xəstəlikləri və aldığı zədələr şaftalı meyvəsində olduğu kimidir. İndi onun soyuğa davamlı növlərini də yetişdirilər. Bu növlər isə ən çox Şimali Qafqazda və Volqorqad vilayətində yetişdirilir.Son illər nektarinin ən iri meyvələri olan ağacları əkilir. Bu ağacların meyvəsinin hər biri 200 qrama qədər, rəngi sarı-qırmızı və gözəl görünüşə malik olur. Onun bu növü daha çox cazibəli və gözəldir. Nektarinin tərkibində fruktoza, saxaroza, orqanik turşular ( alma və sirkə), aktiv polifenol, pektin, C və P vitaminləri, pektin maddəsi, fosfor, kalium, kalsium, maqnium, dəmir, kükürd və s. var. O daxili sekresiya vəzilərinin fəaliyyətini artırır, pis və çətin həzm olunan yağların orqanizm tərəfindən sorulmasını sürətləndirir. Nektarinin tərkibində olan A və E vitaminləri, antioksidantlar dərinin elastikliyini artırır, dəridə olan xırda qırışları açır, çapıqların sağalmasını sürətləndirir, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Nektarinin tərkibində olan pektin birləşmələri orqanizmdə zərərli maddılırin xaric olmasına səbəb olur. Nektarin orqanizmdə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ürək döyüntülərinin zəifləməsi zamanı, qan azlığında, mədə turşuluğunun miqdarı artdığı zaman, qəbizlik zamanı yeməyə 15 dəqiqə qalmış nektarin şirəsi içmək çox faydalıdır. Vaxtaşırı nektarin şirəsi içmək areterial təzyiqin və ateresklerozun profilaktikasında çox xeyirlidir. Nektarin çəyirdəyindən aktişləşdirilmiş kömürün hazırlanmasında, suvenirlərin düzəldilməsində geniş istifadə edilir.Nektarindən hazırlanan şirələr isə bütün dünya mətbəxlərinin süfrəsində istfadə edilir. Nektarinnın Ziyanı Nektarindən həddindən çox yemək çəkinin artmasına səbəb olur. Şəkərli diabetdən və allergiyadan əziyyət çəkənlərə də bu meyvədən istifadə edərkən ehtiyatlı olmaq tövsiyə edilir.7 yaşından kiçik uşaqlara da çox nektarin yemək tövsiyə edilmir. Nektarin ləpəsinin çəyirdəyində zəhər və sinilin turşusu var. Son.az