NATO Suriyaya zərbələri dəstəkləyib


Dünya 14 Apr 2018 21:03:00 288 0

NATO Suriyaya zərbələri dəstəkləyib

NATO-ya üzv ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket zərbələri endirməsini tam dəstəklərini ifadə ediblər.

Son.az "Report"a istinadən bildirir ki,bu barədə təşkilatın baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının təcili iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Alyansın bütün üzvləri Suriyaya endirilən zərbələrə dəstəklərini ifadə ediblər", - deyə o bildirib. Baş katib həmçinin qeyd edib ki, alyans BMT-nin Suriyada sülhə nail olunması səylərini dəstəkləyir və Rusiyanı Dəməşqin Cenevrə prosesində iştirakını təmin etməyə çağırır.