Kişilər bunları seksual hesab edir


Digərləri 14 Apr 2018 21:05:00 363 0

Kişilər bunları seksual hesab edir

Qadınlar çəki, saç, üzdəki qırışları çox zaman özünə dərd edir. Lakin dəyişdirməyə çalışdığımız bəzi şeyləri əslində kişilər seksual hesab edir.

Son.az lent.az-a istinadən onlardan bir neçəsini təqdim edir.

Səhər yuxudan oyanarkən gərnəşmək

Kişilər səhərlər oyandığınız zaman gecə geyimində gərnəşməyinizi seksual hesab edirlər. Bu halınız onlara müdafiəsiz, içdən və həssas gəlir.

Dağınıq saçlar

Saçlarınızı yığmaq üçün vaxt və pul xərcləsəniz də, kişilər təbii saçları daha çox bəyənir. Dağınıq saçlar baxımlı saçlardan daha çox kişiləri cəlb edir.

Makiyajsız halınız

Kişilərin çoxu qadınları təbii makiyajlı və ya makiyajsız bəyənirlər. Bunun səbəbi təbiiliyi sevmələri deyil. Kişilərin çoxu öpüşərkən bütün makiyajınızın onun üzünə yayılmasından narahat olur. Makiyaj onlara bir baryer kimi gəlir.

Azca göbək

Qadınlar incə belə sahib olmaq üçün müxtəlif pəhrizlər və məşqlər edir. Ancaq kişilər düz bir göbəkdənsə yumru və yumşaq göbəyə üstünlük verirlər. Dünyanın ən seksual qadınlarından biri olan Merlin Monro əbəs yerə deməyib ki, "Beli olmayan bir qadın eyvansız evə bənzəyir".

Qırışlar

Qadınların ən böyük problemlərindən bir də qırışlardır. Əslində, kişilər qadınların üzündəki bir neçə xətti seksual hesab edirlər. Qırışlar təcrübəli, yetkin və ağıllı bir qadın təəssüratı yaradır.