Portuqaliya Gimnastika Federasiyasının prezidenti: Fərid Qaibovun rəhbərliyi altında UEG-i parlaq gələcək gözləyir (ÖZƏL)


Digərləri 14 Apr 2018 20:40:00 251 0

Portuqaliya Gimnastika Federasiyasının prezidenti: Fərid Qaibovun rəhbərliyi altında UEG-i parlaq gələcək gözləyir (ÖZƏL)

Fərid Qaibovun rəhbərliyi altında Avropa Gimnastika İttifaqını (UEG) parlaq gələcək gözləyir.

Bakı. Ənvər Məmmədov - Fərid Qaibovun rəhbərliyi altında Avropa Gimnastika İttifaqını (UEG) parlaq gələcək gözləyir. Bunu Trend-ə Portuqaliya Gimnastika Federasiyasının prezidenti Joao Paulo deyib. Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatını izləyən federasiya prezidenti bildirib: "Mən Fəridi artıq neçə ildir ki tanıyıram. O, yalnız azərbaycanlı idmançılar üçün deyil, bütün gimnastlar üçün çox iş görür. Hesab edirəm ki, onun UEG-də dörd illik prezidentliyi çox uğurlu olacaq. Onun çox maraqlı ideyaları var və bəzilərini artıq həyata keçirməyə başlayıb. Biz nəticələri gözləməliyik, lakin artıq indidən deyə bilərəm ki, Fəridin rəhbərliyi altında UEG-i parlaq gələcək gözləyir". Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətinə də toxunan J.Paulo deyib ki, federasiyanı dünyanın fəal federasiyası adlandırmaq olar.