Robotlar bu sahələri ələ keçirəcək


Digərləri 14 Apr 2018 20:15:00 255 0

Robotlar bu sahələri ələ keçirəcək

Məlum olduğu kimi, hazırda dünyada robotlar sürətlə inkişaf etdirlir, təkmilləşdirilir. Hətta, bəzi sahələrdə robotlar insanlar ilə yan-yana işləyir.

Robotların belə sürətlə inkişafı gələcəkdə bütün iş yerlərində onların çalışacağına dair heç bir şübhə yaratmır.

Son.az xeberler.az-a istinadən bildirir ki, alimlər robotların işğal edəcəyi sahələri açıqlayıb.

Hesablamalarına görə, 2024-cü ildə Çağrı Mərkəzi işçilərinin 90 faizdən çoxunu robotlar təşkil edəcək.

Futbol sevərlərin marağını artırmaq və hakimin etdiyi səhvlərinin qarşısını almaq üçün hakim robotlar yaradılacaq

Aşbaz robotlar isə restoran sahiblərinin işini asanlaşdıracaq

Həkim robotlar xəstələrə tez bir zamanda dəqiq diaqnoz qoyacaq. Cərrahiyə əməliyyatlarının düzgün aparımasını cərrah robotlar həyata keçirəcək

Mühafizə xidməti işçilərinin də əksəriyyəti gələcəkdə robotlardan ibarət olacaq

Tikintidə ölüm və yaralanma riskini aradan qaldırmaq üçün də robotlardan istifadə ediləcək