Həzmə kömək edir, arıqladır, öskürəyi kəsir... –


Digərləri 14 Apr 2018 20:05:00 314 0

Həzmə kömək edir, arıqladır, öskürəyi kəsir... –

Ananas çox ləzzətli və faydalı meyvədir. Vitamin və mineral mənbəyi olaraq ən sağlıqlı meyvələr arasında yer alan ananasın yararları sadəcə meyvəsində deyil, qabığında da çox miqdarda var.

Son.az lent.az-a istinadən ananas qabığında olan heyrətamiz faydalar barədə məlumat verir.

Ananas qabığı arıqlamağa kömək edir

Ananasın iç qabığında ananasdan iki qat daha çox bromelanin maddəsi var. Bu səbəblə həzmə kömək edir və arıqlamağa kömək edən maddələr arasında yer alır. Ananas qabığı sellülitləri təsirli formada yox edir. Mükəmməl bir sidikqovucu olduğu üçün bədəndəki  artıq mayeni ataraq, arıqlamağa kömək edir. Şişliyi aradan qaldırır. Arıqlamaq üçün mütləq ananas qabığı çayı içməlisiniz.

Ananas qabığı çayı:

1 ananasın qabıqlarını yuyun, tikanlı qabıqların olduğu yaşıl hissəni doğrayın və 1 saat duzlu suda saxlayın. Duzlu suyu tökün və ananas qabıqlarının üzərinə 2 litr su tökün. Ardından 1 parça zəncəfil, 1 qabıq darçın və son olaraq yarım parça limon atıb bir neçə dəqiqə qaynadın. Gündə 3 dəfə yeməkdən əvvəl için.

Öskürəyin çarəsi