Tərtər rayonunda 125 mm-lik top mərmisi aşkar olunub (FOTO)


Digərləri 14 Apr 2018 19:15:07 267 0

Tərtər rayonunda 125 mm-lik top mərmisi aşkar olunub (FOTO)

Tərtər rayonunda mərmi tapılıb.

Bakı. Tərtər rayonunda mərmi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 2018-ci il 14 aprel tarixində saat 16:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.