Pentaqon: Suriyada müəyyən edilən bütün hədəflər uğurla vurulub


Dünya 14 Apr 2018 18:25:00 332 0

Pentaqon: Suriyada müəyyən edilən bütün hədəflər uğurla vurulub

"ABŞ, Böyük Britaniya və Fransanın raket zərbələri Suriyada müəyyənləşdirilmiş bütün hədəfləri məhv edib".

Son.az APA-ya istinadən bildirir ki, bunu Pentaqonda keçirilən xüsusi brifinqdə qurumun rəsmi nümayəndəsi Dana Uayt deyib. "Raketlər seçilmiş hər hədəfi uğurla vurub", - deyə o, söyləyib.