Bitkoin 8 min dolları keçdi


Digərləri 14 Apr 2018 17:13:34 241 0

Bitkoin 8 min dolları keçdi

Geosiyasi gərginliyin artması, xüsusilə də Qərb koalisiyasının Suriyaya zərbə endirməsi fonunda kriptovalyuta bazarında artım davam edib.

Bakı. Geosiyasi gərginliyin artması, xüsusilə də Qərb koalisiyasının Suriyaya zərbə endirməsi fonunda kriptovalyuta bazarında artım davam edib. Trend-in məlumatına görə, bitkoinin qiyməti 8 min dollar həddini keçib. Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 2,55% bahalaşaraq 8,010 min dollar təşkil edib.