İzləyici: Bakıda Avropa çempionatının keçirilməsi idman sahəsində əla təbliğatdır


Digərləri 14 Apr 2018 17:20:02 217 0

İzləyici: Bakıda Avropa çempionatının keçirilməsi idman sahəsində əla təbliğatdır

Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının keçirilməsi idman sahəsində əla təbliğatdır

Bakı. Cani Babayeva - Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının keçirilməsi idman sahəsində əla təbliğatdır. Bunu Trend-ə yarışları izləyən Günel Səfərəliyeva deyib. "Ölkədə idmana böyük diqqət ayrılır, onun gənc nəsil arasında populyarlaşması çox vacibdir", - o deyib. Səfərəliyeva qeyd edib ki, özü və qızı gimnastika ilə məşğul olur, bu cür çempionatlarda idmançıların çıxışını maraqla izləyir. "Qızım artıq iki ildir ki, batut üzrə tullanma ilə məşğuldur, ona görə də bu cür yarışları izləmək qızıma stimul verir. İdman xarakteri inkişaf etdirir, uşaqları məsuliyyətli edir", - o deyib. Səfərəliyeva deyib ki, azərbaycanlı idmançıların hamısına azarkeşlik edir və onlara bu çempionatda uğurlar arzulayır.