Azərbaycanlı gimnastlar İlya Qrişunin və Ruslan Ağamirov finala vəsiqə qazandı


Digərləri 14 Apr 2018 17:00:00 256 0

Azərbaycanlı gimnastlar İlya Qrişunin və Ruslan Ağamirov finala vəsiqə qazandı

Azərbaycanlı gimnastlar İlya Qrişunin və Ruslan Ağamirov Bakıda keçirilən batut gimnastikası üzrə Avropa çempionatının sinxron hərəkətlərdə finalına yüksəlib.

Bakı. Maksim Tsurkov - Azərbaycanlı gimnastlar İlya Qrişunin və Ruslan Ağamirov finala vəsiqə qazanıb. Trend-in məlumatına görə, İlya Qrişunin və Ruslan Ağamirov Bakıda keçirilən batut gimnastikası üzrə Avropa çempionatının sinxron hərəkətlərdə finalına yüksəlib. Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib. Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq. Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.