Türkiyəli idmançılar: Bakıda Avropa çempionatında azarkeşlər bizi çox dəstəkləyirlər


Digərləri 14 Apr 2018 16:20:15 252 0

Türkiyəli idmançılar: Bakıda Avropa çempionatında azarkeşlər bizi çox dəstəkləyirlər

Türkiyəli idmançılar Sila Musluk və Neval Kaqnıçı Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatındakı çıxışlarında məmnun qaldıqlarını deyiblər.

Bakı. Ənvər Məmmədov - Türkiyəli idmançılar Sila Musluk və Neval Kaqnıçı Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatındakı çıxışlarında məmnun qaldıqlarını deyiblər. Trend-ə yarışlarla bağlı təəsüratlarını bölüəşn idmançılar bildiriblər: "Biz bütün var gücümüzü toplayıb çıxışımız etdik, düşünürük ki, yaxşı alındı". İdmançılar qeyd ediblər ki, ilk dəfədir Bakıya gəliblər və şəhərə heyran olublar: "Bu, bizim Bakıya ilk səfərimizdir. Şəhər çox gözəldir, sakinlər qonaqpərvərdir, hamı bizi dəstəkləməyə çalışır. Hara gediriksə, harda oluruqsa, hamı bizə yardım etməyə çalışır". Neval Kaqnıçı əlavə edib: "Bakı həqiqətən gözəl şəhərdir. Daha çox o sevindirir ki, dil baryerimiz yoxdur, hamını başa düşürük və bizi başa düşürlər. Azarkeşlər bizi dəstəkləyir, alqışlayır və bu, bizi çox xoşbəxt edir". Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.