Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü


Digərləri 14 Apr 2018 16:00:00 340 0

Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü

Bu gün Ermənistanın hakim partiyası - Respublika Partiyasının icra orqanının toplantısı keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, iclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.

Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanı namizədliyini irəli sürəcək.