Mingəçevirdə kütləvi dava:


Digərləri 14 Apr 2018 15:42:00 230 0

Mingəçevirdə kütləvi dava:

Mingəçevir şəhərindəki köçkün şəhərciyində bir nəfər bir qrup şəxs tərəfindən döyülüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə köçkün şəhərciyində, 4 saylı binada qeydə alınıb. Məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Yavər oğlu Orucov bir qrup şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.