Kaybedenler Kulübü 2 əxlaqsızlıq və xəyanətin təbliği,yoxsa ...? FOTO


Digərləri 14 Apr 2018 15:48:00 346 0

Kaybedenler Kulübü 2  əxlaqsızlıq və xəyanətin təbliği,yoxsa ...? FOTO

Aprel ayının 12-dən etibarən "Kaybedenler Kulübü Yolda ( 2)" filminin Bakıdakı kinoteatrlarda nümayişi başlayıb. Film Mart ayının 16-dan Türkiyədə təqdim olunsa da, Bakıya aprel ayında nümayiş olunub.

Birinci hissədə olduğu kimi, filmin ikinci hissəsində də şüuraltı təsir güclüdür. Söyüşdən və əxlaqsız səhnələrdən ibarət olan film nişanlı, evlənmək ərəfəsində olan qızın ilk dəfə gördüyü oğlana "aşiq" olub, onunla dəfələrlə yatması, sonra da nişanlısına qayıdıb, onunla ailə qurmasından bəhs edir.

Göründüyü kimi, filmdə xəyanət şüuraltı olaraq insanların beyninə yeridilir və normal imiş kimi təqdim olunur.

Lakin qızdan fərqli olaraq filmin qəhrəmanı Kaan "mərd" obrazda çəkilərək, yatdığı qızın ailəli olduğunu bildikdən sonra ona toxunmur.


Xəbərə aid fotolar