Hakimlərə yeni səlahiyyət verildi


İdman 14 Apr 2018 15:23:00 285 0

Hakimlərə yeni səlahiyyət verildi

FİFA Rusiyada keçiriləcək dünya çempionatının hakimlərini irqçilik hallarının üzə çıxarılması istiqamətində təlimatlandıracaq.

Goal.az xəbər verir ki, ədalət təmsilçilərinə oyunu dayandırma və ya təxirə salma səlahiyyəti veriləcək.

Görüşlər zamanı hakimləri xüsusi müşahidəçilər dəstəkləyəcək. Onlar istənilən ayrıseçkiliyə diqqət yetirəcəklər. Müşahidəçilər işə iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək açılış oyunundan başlayacaqlar.

Qeyd edək ki, dünya çempionatına iyulun 15-də yekun vurulacaq. (Daily Mail)