"İstəyirəm öləndə məni bağımda dəfn etsinlər"


Şou-biznes 14 Apr 2018 14:36:00 328 0

"İstəyirəm öləndə məni bağımda dəfn etsinlər"

Səmimiyyətlə sevginin sabahı yoxdur. Onların sınağı var. Mənim həyatımın sınağından az insanlar keçib. Mənim övladlarım məndən üz döndərsə, xəyanət etsə, başa düşərəm. Çünki bu gun ayrı hisslərdi bizdə. Sabahın sınağından, əziyyətindən çıxmaq hər kişinin işi deyil.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova deyib. "V element" proqramının qonağı olan müğənni sevgidən söz açıb:

"Sadiqəm, mənim yaşımda sevgi haqda danışmaq ciddi deyil. "Sevgi" kəlməsi mənim üçün böyük anlamda qadın-kişi arasında sevgidir. Qalanları dostluqdur, ailədir, övladdır. Hər yaşın idarəçiliyi olmalıdır. Sevgi mənim üçün hörmətdir. Bu varsa, sonsuzdur. Mənə deyirlər ki, ev yıxansan. 

Qəlbimin şıltaqlığı ilə yaşasaydım, evimin xanımı olmazdım. İndi evlənirlər, 5 il sonra boşanırlar. Qadınlar çox şeyə tək qalmamaq üçün dözürlər. Kişilər bunu başa düşmür".

F.Kərimova "Sənət aləmində çox adamla danışmırsınız" sözlərinə belə cavab verib:

"Bu adam özünü cəmiyyət içində biabır edib. Vətən haqda oxuyur, obraz buna uyğun deyil. Mənimlə danışmayan insanların adını fikrinizdə çəkin. Görün onlar mənim danışmağıma layiqdir?