Dünya çempionatının oyunlarını idarə edəcək hakimlərə yeni səlahiyyət verilib


Digərləri 14 Apr 2018 13:28:14 188 0

Dünya çempionatının oyunlarını idarə edəcək hakimlərə yeni səlahiyyət verilib

Görüşlər zamanı onları xüsusi müşahidəçilər dəstəkləyəcək

FİFA Rusiyada keçiriləcək dünya çempionatının hakimlərini irqçilik hallarının üzə çıxarılması istiqamətində təlimatlandıracaq.

"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, ədalət təmsilçilərinə oyunu dayandırma və ya təxirə salma səlahiyyəti veriləcək.

Görüşlər zamanı hakimləri xüsusi müşahidəçilər dəstəkləyəcək. Onlar istənilən ayrıseçkiliyə diqqət yetirəcəklər. Müşahidəçilər işə iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək açılış oyunundan başlayacaqlar.

Qeyd edək ki, dünya çempionatına iyulun 15-də yekun vurulacaq.