Nazirlik rəsmisi: "Bayıl sürüşmə zonasında aparılan qazma işləri avqusta qədər davam edəcək" - MÜSAHİBƏ


Digərləri 14 Apr 2018 13:39:00 208 0

Nazirlik rəsmisi: "Bayıl sürüşmə zonasında aparılan qazma işləri avqusta qədər davam edəcək" - MÜSAHİBƏ

Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov "Report"a müsahibə verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun "Report"a müsahibəsi.

- Bayıl sürüşmə zonasında hazırda vəziyyət necədir? Sürüşmə olan vaxtla indiki vəziyyət arasında fərq varmı?

- Hazırda Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilir, bununla bərabər geoloji kəşfiyyat işləri, buruq-qazma işləri həyata keçirilir. Son məlumata görə, prosesin dinamikasında aktivlik qeydə alınmayıb.

- Sürüşmə zonasındaindiyə kimi hansı işlər görülüb və hansı işlərin görülməsi nəzərdə tutulur?

- Hazırda ərazidə axtarış-kəşfiyyat işləri davam etdirilir. Bu məqsədlə ərazidə quyular qazılır, quyulardan süxur nümunələri götürülür, laborator analizlərə göndərilir. Məqsəd yerin dərin qatlarında olan süxurların ekoloji tərkibini, fiziki-mexaniki xüsusiyyətlərinin araşdırılmasıdır. Bundan əlavə ərazidə mayaklar, reperlər quraşdırılıb və onlar üzərində daimi olaraq müşahidə işləri aparılır. Nəticələr xüsusi jurnallarda qeyd edilir. Araşdırma işlərinin sonunda hesabat tərtib olunacaq, prosesin baş vermə səbəbləri və görülə biləcək tədbirlər haqqında məlumat veriləcək.

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı işlərin nə vaxta qədər davam edəcəyi gözlənilir?

- Aparılan işlər bu ilinavqust ayına qədər davam edəcək.

- Sürüşmənin səbəbi kimi hansı amillərin olması göstərilir və hansı amil daha çox önə çəkilir?

- Bu ərazidəki sürüşmənin səbəbi də digər sürüşməsahələrindən fərqli deyil. Proses həm təbii, həm də texnogen amillərin təsirindən baş verib. Təbii amil kimi ərzinin yüksək mailli yamac olması və atmosfer yağıntılarını göstərmək olar. Texnogen amillərə gəlincə, yamacın aşağı hissəsinin şaquli kəsilərək orada müxtəlif tikililərin həyata keçirilməsidir ki, bu da yamacındayanıqlığının zəifləməsinə və son nəticədə prosesin dinamikasına təsir göstərir.

- Əraziyə neçə gündən bir nəzarət edirsiniz?

- Daimi olaraq ərazi nəzarətdədir. Ərazidə axtarış işləri aparılır, buruq-qazma işləri həyata keçirilir, reperlər və mayaklar üzərində müşahidə və monitorinqləri təşkil olunur. Demək olar ki, hər gün nümayəndələrimiz ərazidədirlər, vizual müşahidə işləri aparırlar.

- İntensiv yağış yağarsa, ərazinin yenidən sürüşmə ehtimalı varmı?

- Ola bilər, təbii ki mümkündür. Güclü atmosfer yağıntıları sürüşməyə təsir göstərən təbii amildir.

- Ərazidəki sürüşməninTeleqülləyə, "Alov qüllələri" kompleksinəvə s. ətraf ərazilər üçün təhlükəsi varmı?

- Birmənalı şəkildə, xeyir. Həmin ərazilər köklü süxurlar üzərində yerləşib. Bayıl ərazisində baş verən sürüşmə prosesinin Teleqülləyə, "Alov qüllələri" kompleksinəvə Şəhidlər Xiyabanınınyerləşdiyi əraziyə heç bir təsiri yoxdur, yəni bu sürüşmə sahəsiqeyd olunan ərazilərdə prosesin dinamikasında aktivlik yarada bilməz.