Merkel: "Suriyada hərbi əməliyyat vacib idi"


Dünya 14 Apr 2018 13:36:00 281 0

Merkel: "Suriyada hərbi əməliyyat vacib idi"

Almaniya federal kansleri Angela Merkel ABŞ, İngiltərə və Fransanın Suriyada həyata keçirdiyi hərbi əməliyyata dəstək ifadə edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Merkel hərbi əməliyyatların uğurlu alındığını deyib: "Amerikalı, fransalı və britaniyalı müttəfiqlərimizin belə bir məsuliyyəti öhdələrinə götürdükləri üçün onları dəstəkləyirik. Əməliyyatlar hər kəsin Suriyada kimyəvi silah istifadəsinə diqqətini yönəltmək və Suriya hakimiyyət qüvvələrinin daha çox pozuntulara yol verməsinin qarşısını almaq baxımından vacib və ölçülü idi".