Suriyanın bombalanmasına Türkiyədən reaksiya


Dünya 14 Apr 2018 11:51:00 232 0

Suriyanın bombalanmasına Türkiyədən reaksiya

"Kimyəvi silahların istifadəsi beynəlxalq hüququn pozulması və insanlığa qarşı cinayətdir. Bu qarşılıqsız qalmamalı idi".

Son.az Haberler-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Suriyanın ABŞ, İngiltərə və Fransa ilə birlikdə Suriyanı bombalaması ilə bağlı danışarkən söyləyib. O bildirib ki, kimyəvi silahdan istifadə edənlər buna görə cavablarını almalı idilər.

Qeyd edək ki, BBC-nin yaydığı məlumatda Şərqi Quta bölgəsinin müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsi Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfərin öldüyü deyilir.