Avropa İttifaqı Şurasının rəhbəri ABŞ-ın Suriyaya aviazərbələr endirməsini şərh edib


Dünya 14 Apr 2018 11:58:26 256 0

Avropa İttifaqı Şurasının rəhbəri ABŞ-ın Suriyaya aviazərbələr endirməsini şərh edib

Donald Tusk: "Suriya rejimi Rusiya və İranla birlikdə bu insanlıq faciəsini davam etdirə bilməz"

Avropa İttifaqı (Aİ) müttəfiqləri dəstəkləyir və onlarla birlikdə ədalət tərəfində dayanacaq.

"Report" xəbər verir ki, bu barədə AvropaİttifaqıŞurasının rəhbəri Donald Tusk "Twitter" səhifəsində ABŞ-ın Suriyaya aviazərbələr endirməsinə münasibət bildirərkən yazıb.

"ABŞ, Fransa və Böyük Britaniyanın bu addımıaydın şəkildə Suriya rejiminin Rusiya və İranla birlikdə bu insanlıq faciəsini davam etdirə bilməyəcəyini göstərir. Aİ müttəfiqləri ilə ədalət tərəfində dayanacaq", - D.Tusk yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silahdan istifadə iddiasına cavab olaraq Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.