Gördü ki, bankomatdan pul çıxarır, blokda yaxalayıb...


Digərləri 14 Apr 2018 12:15:00 275 0

Gördü ki, bankomatdan pul çıxarır, blokda yaxalayıb...

Aprelin 13-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Məmmədzadə həmin gün saat 17 radələrində bankomatdan pul çıxarıb evə gedərkən blokun girişində naməlum şəxsin hədə-qorxu gələrək onun üzərindəki 143 manatını alaraq aradan çıxdığını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, bununla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlər"lə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Hüseynov olduğu müəyyən edilib. Saxlanılan şəxs N.Məmmədzadəni bankomatdan pul çıxararkən gördüyünü və izləyərək bu əməli törətdiyini etiraf edib.