Zaur efirdə mələdi


Digərləri 14 Apr 2018 12:20:00 289 0

Zaur efirdə mələdi

Bu gün "Zaurla Günaydın" verilişinin qonaqları Türkiyədə yaşayan Günel Zeynalova, qardaşı Tunar və atası Rəhman Zeynalov olublar.

Son.az xəbər verir ki, qonaqlar aparıcı Zaurun qızı Dilavər üçün canlı yayıma keçi gətiriblər. Ayaqları bağlı olan keçinin çıxartdığı səs hər kəsin gülüşünə səbəb olub.

Aparıcı Zaur piano arxasına keçərək keçinin mələməsini təkrarlamağa başlayıb. Ortaya maraqlı görüntülər çıxıb.

Qeyd edək ki, aparıcı təxminən bir ay öncə efirə geyindiyi hamam xalatına görə tənqidlərə məruz qalmışdı.

Həmin kadrları təqdim edirik: