Misir ordusu 27 terrorçunu zərərsizləşdirdi


Dünya 14 Apr 2018 12:34:00 303 0

Misir ordusu 27 terrorçunu zərərsizləşdirdi

Misir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.

Qeyd olunur ki, "Sinay-2018" əməliyyatı bu ilin fevral ayında başlayıb. Əməliyyat müddətində 200-ə yaxın terrorçu məhv edilib, yüzlərlə şəxs saxlanılıb.