İrandan Azərbaycana narkotik vasitələr keçirən şəxs saxlanıldı


Digərləri 14 Apr 2018 12:05:00 216 0

İrandan Azərbaycana narkotik vasitələr keçirən şəxs saxlanıldı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Bakı. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı, zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 3 bükümdə ümumi xalis çəkisi 42,479 qram olan heroin, 2 bükümdə ümumi xalis çəkisi 15,566 qram olan qurudulmuş marixuana, 1 bükümdə isə 20 ədəd metadon adlı həb aşkar edilib.