Bombardmandan sonra Əsədin ilk görüntüləri yayıldı VİDEO FOTO


Dünya 14 Apr 2018 11:46:00 276 1

Bombardmandan sonra Əsədin ilk görüntüləri yayıldı  VİDEO  FOTO

ABŞ, İngiltərə və Fransanın Suriyaya qarşı apardığı əməliyyatlardan sonra ilk dəfə Suriya prezidenti Bəşər Əsədin görüntüləri yayılıb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, video Suriya hökumətinin Telegram səhifəsində yayılıb. Kadrlarda kostyum geyinən və qalstuk taxan, əlində çanta olan Bəşər Əsədin prezident sarayına girməsi əks olunub.

Ötən gün ABŞ tərəfindən Suriya hərbi bazalarına 100-dən çox raket atılıb. 3 mülki vətəndaş yaralanıb.

Qeyd edək ki, ötən gün Baghdad Post iddia edirdi ki, Əsəd Rusiyanın kömürxanasında gizlənib.