Zabratda soyğunçuluq edən 6 nəfər saxlanıldı


Digərləri 14 Apr 2018 11:47:00 229 0

Zabratda soyğunçuluq edən 6 nəfər saxlanıldı

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilib.

Bakı. Aprelin 13-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Ceyhun Novruzov saat 1 radələrində Zabrat qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilinə yaxınlaşan 6 nəfər tanımadığı şəxsin Binəqədi qəsəbəsinə gedəcəklərini deməsi, etiraz etdikdə isə onu döyərək mobil telefonunu aldıqlarını bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, dərhal məlumatla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə onlar “isti izlər”lə saxlanılıblar.