Qərb bəşəri Bəşərə qarşı:


Dünya 14 Apr 2018 11:30:00 319 0

Qərb bəşəri Bəşərə qarşı:

ABŞ, Fransa və Böyük Britaniyanın silahlı qüvvələri Suriya ərazisinə "hava-yer" tipli 104 raket buraxıblar.

Son.az Al Jazeera-ya istinadən bildirir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib. Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın "B-1B" strateji bombardmançıları vasitəsilə endirilib.

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri Dəməşqə buraxılmış raketlərin əksəriyyətini hədəflərə çatmamış məhv edib. Bunun üçün hələ sabiq Sovetlər Birliyində istehsal olunmuş S-125, S-200, "Buk" və "Kvadrat" sistemlərindən istifadə olunub.

Qərb ölkələri Dəməşqi əsasən "Tomahavk" raketləri ilə vurublar.

Dəməşqə hücum 50 dəqiqə davam edib.

1 "Tomahavk" raketinin dəyəri təqribən 1,5 milyon dollardır.

Dəməşqin cənubundakı Kisva şəhərinə buraxılmış raketlərdən 13-ü havada vurulub.