İtaliyanın məşhur balet truppası ilk dəfə Bakıda çıxış edəcək


Digərləri 14 Apr 2018 11:12:08 180 0

İtaliyanın məşhur balet truppası ilk dəfə Bakıda çıxış edəcək

"Spellbound Contemporary Ballet" Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında proqramını təqdim edəcək

İtaliyanın məşhur "Spellbound Contemporary Ballet" balet truppası ilk dəfə Bakıda çıxış edəcək.

"Report" İtaliyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında onların "Spellbound ilə bir axşam" adlı proqramı təqdim olunacaq.

Qeyd edək ki, İtaliyanın bu balet truppası 1994-cü ildə dövrümüzün ən məşhur italyan xoreoqraflarından olan Mauro Astolfi tərəfindən yaradılıb. "Spellbound Contemporary Ballet" klassik balet və müasir rəqs arasında olan üslubuyla tanınır.

"Spellbound" müntəzəm olaraq böyük milli və beynəlxalq festivallarda, o cümlədən Venesiya biennalesində iştirak edir.