Evinin sökülməsinə etiraz etdi,


Digərləri 14 Apr 2018 10:44:00 250 0

Evinin sökülməsinə etiraz etdi,

38 yaşlı ata evin damına çıxaraq polislərin əlinə keçməməyə çalışıb. Onun qucağında 8 aylıq qızı vardı. Polis zabitinin damda ona yaxınlaşdığını görən qəddar ata körpə qızını aşağı atıb.

Son.az CBS-ə istinadən bildirir ki, olay Cənubi Afrika Respublikasındakı Port-Elizabet şəhərinin yaxınlığındakı Kvidisidə yaşanıb.

Qanunsuz tikilmiş daxmaların sökülməsi layihəsi çərçivəsində kiçik evinin uçulmasına etiraz edən 38 yaşlı ata 8 aylıq qızını qucağına alaraq daxmasının damına çıxıb.

"Yaxınlaşmayın evimə! Evimi sökməyin! Yoxsa qızımı aşağı atacağam, onu öldürəcəyəm!" - qışqıran ata polisləri yaxına buraxmırdı.

Evi əhatəyə almış polis zabitlərindən biri dama çıxaraq ona yaxınlaşanda isə kişi qızını aşağı atıb.


Xəbərə aid fotolar