Yevlaxda baş vermiş ağır avtoqəzada ölən və yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB


Sosial 14 Apr 2018 10:35:00 297 0

Yevlaxda baş vermiş ağır avtoqəzada ölən və yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB

Qəza Bakı-Qazax avtomobil yolunda baş verib

Yevlax şəhərində "Ford Transit" markalı avtomobilin "Kamaz"a çırpılması nəticəsində ölən və yaralananların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında baş vermiş hadisə zamanı ağır xəsarət alan Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Emin İlham oğlu Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Daha iki nəfər - Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Əlverdiyev Orxan Elfan oğlu və onun həmyaşıdı Yasamal rayon sakini, Yüsibov İlkin Tofiq oğlu müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, ölən və yaralananlar "Ford Transit" markalı avtomobildə olanlardır.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

*** 03:41

Yevlax. 14 aprel.