Milli Məclisin deputatı ATƏT PA-ya gedir


Digərləri 14 Apr 2018 09:35:00 203 0

Milli Məclisin deputatı ATƏT PA-ya gedir

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, Büronun iclasında ATƏT PA-nın iyulun 7-11-də Berlində keçiriləcək 27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və layihə sənədləri təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkilər üzrə müşahidə missiyalarının hesabatları, keçiriləcək tədbirlər barədə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. A.Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək. Səfər aprelin 17-də başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin