Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək


Digərləri 14 Apr 2018 09:05:00 242 0

Azərbaycan fındığının ixrac coğrafiyası genişləndiriləcək

Azərbaycan 2018-ci ildə fındıq istehsalını artırmaq niyyətindədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından deyiblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Assosiasiya istehsalı 48 faizə yaxın artırmağı planlaşdırır:

"2018-ci ildə biz 60-65 min ton fındıq istehsal etməyi planlaşdırırıq. İxraca gəlincə, bu təkcə istehsalın artımından yox, həm də dünya bazarındakı qiymətlərdən asılıdır. Əgər qiymətlər ucuzlaşmasa, biz ixracatın 10 faiz artımını gözləyirik".