Rusiya XİN: "İllərdir terror təcavüzü şəraitində sağ qalmağa çalışan ölkənin paytaxtına zərbə endirildi"


Dünya 14 Apr 2018 08:59:44 317 0

Rusiya XİN: "İllərdir terror təcavüzü şəraitində sağ qalmağa çalışan ölkənin paytaxtına zərbə endirildi"

"Əvvəlcə Suriya xalqını "Ərəb baharı", sonra İŞİD-lə sınadılar, indi isə ABŞ-ın "ağıllı" raketləri"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb ölkələri Suriyaya o, dinc gələcək üçün şans qazandığı bir vaxtda zərbə endirdilər.

“Report” xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

"Əvvəlcə Suriya xalqını "Ərəb baharı", sonra İŞİD-lə sınadılar, indi isə Amerikanın "ağıllı" raketləri. İllərdir terror təcavüzü şəraitində sağ qalmağa çalışan suveren dövlətin paytaxtına zərbə endirildi", - deyə o bildirib.

Zaxarova qeyd edib ki, Qərb KİV-ləri ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbə endirməsinə görə öz məsuliyyətlərini dərk etməlidirlər.