Aralıq dənizində 500ə yaxın miqrant xilas edilib


Dünya 14 Apr 2018 08:53:00 236 0

Aralıq dənizində 500ə yaxın miqrant xilas edilib

Aralıq dənizində Liviya sahillərində 500-ə yaxın miqrant xilas edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Roma sahil mühafizəsi operativ mərkəzinin həyata keçirdiyi xilasetmə işlərində Avropa İttifaqının miqrasiya missiyasının Aralıq dənizində "EunavforMed" hərbi-dəniz gəmisi və Almaniyanın "Sea Watch 3" qeyri-hökumət təşkilatının gəmisi iştirak ediblər.

Qeyd edək ki, Avropa Afrika və Yaxın Şərq ölkələrində bir sıra silahlı münaqişələr və iqtisadi problemlər səbəbindən ikinci dünya müharibəsindən sonra ən ciddi miqrasiya böhranı yaşayır.